Mükafata layiq memarlıq

Bu layihə nobel mükafatı almasa da, mükafata layiq memar və mühəndislər tərəfindən inşa edilmişdir. Belə bir gözəllik və incəliyi şəhərin ən gözəl yerlərinin birində inşa etmək üçün Hollandiyanın UNS Studio şirkəti ilə uzun bir yol qət etməli olduq. Arzularınızı reallaşdırmaq, premium yaşayış kompleksi statusuna layiq olmaq üçün çox araşdırdıq. İstəklərinizi bir-bir dinlədik. Nəticədə xəyal güclərimizi səfərbər edərək belə bir sənət əsəri yaratmağı bacardıq. Çox az qaldı, 2023-cü ildə bu sənət əsərini Luvr muzeyində deyil, Ağ şəhərdə görə biləcəksiniz.

Premium üstünlüklər

Sakitliyin səsi

Bu memarlıq nümunəsini şəhər mərkəzinə yaxın yerdə inşa etməyimizə baxmayaraq, sakitliyinizi təmin etmək üçün ən yaxşı mühəndislik həllərini tətbiq etmişik. Sakitliyinizi qorumaq və kənar səsləri neytrallaşdırmaq üçün çöl fasad örtüyünü üçbucaq etmişik. Odur ki, evinizdə Sizi ancaq eyvanınıza qonaq gələn quşların səsi narahat edə bilər. Bakının dəyişkən havasını və binanın estetik görüşünü qorumaq məqsədilə isə istilik və suya qarşı izolyasiya tədbirləri görmüşük.

Terras arzusu

Biz də Sizin kimi təbiət vurğunuq. Ona görə də bir çox mənzillərin terrasında Sizə özəl bağça yaratmağı qərara almışıq. Mənzilində təbiətin bir hissəsini görmək istəyənlər üçün dekorativ ağaclardan ibarət, təhlükəsizliyinizə qədər düşünülmüş 35 m2 bir yaşıllıq güşəsi yaratmışıq. Odur ki, bundan sonra eyvana deyil, kiçik həyətyanı sahənizə çıxaraq rahatlıqla müxtəlif təamlar bişirə və sevdiklərinizi qonaq edə bilərsiniz.

Parkinq yeri

Burada hər kəsin öz yeri var. Günün hansı saatlarında gəlməyinizdən asılı olmayaraq avtomobilinizi rahat şəkildə park edərək evinizə qalxa biləcəksiniz. 200 avtomobil üçün nəzərdə tutulan parkinq yeri ilə həm Siz, həm də qonaqlarınız razı qalacaq. Kompleksin həyətində avtomobil saxlanılmamasına isə xüsusi diqqət yetiriləcək.

Zaman körpüsü

Biz zaman maşını ixtira etməsək də , bu yaşayış kompleksində mənzil sahibi olanlara “zamanda” səyahət etmək imkanı yarada bilərik. Artıq tikintisinə başlanılan “Zaman” adlı körpü vasitəsilə təhlükəsiz şəkildə yeni dənizkənarı bulvar tərəfə keçid edə biləcəklər.

Keyfiyyəti seçmişik

Bu layihənin ərsəyə gəlməsində “qənaət” sözünü lüğətimizdən kənarlaşdırmışıq. Mənzilinizdə yer alacaq dəyərli əşyaların rahat daşınması üçün dünyanın ən təhlükəsiz lift markalarından biri olan KONİ liftlərini layihəyə cəlb etmişik.

Yerləşdiyi ərazi

Məlumatlar
Zaman körpüsü
Nobel Residence
Nizami Parkı
Fəvvarələr Meydanı

Tikintinin gedişi

Bu layihənin ərsəyə gəlməsində tikinti zərgərləri çalışırlar. Yeni həyat tərzinizə uyğunlaşmağınız və gördüyümüz işlərin şəffaflığı üçün tikinti prosesinindən olan görüntüləri Sizə təqdim edirik. Saytda yerləşdirdiyimiz görüntülər hər 3 aydan bir yenilənməkdədir.