Bu memarlıq nümunəsini şəhər mərkəzinə yaxın yerdə inşa etməyimizə baxmayaraq, sakitliyinizi təmin etmək üçün ən yaxşı mühəndislik həllərini tətbiq etmişik. Sakitliyinizi qorumaq və kənar səsləri neytrallaşdırmaq üçün çöl fasad örtüyünü üçbucaq etmişik. Odur ki, evinizdə Sizi ancaq eyvanınıza qonaq gələn quşların səsi narahat edə bilər. Bakının dəyişkən havasını və binanın estetik görüşünü qorumaq məqsədilə isə istilik və suya qarşı izolyasiya tədbirləri görmüşük.
Biz də Sizin kimi təbiət vurğunuq. Ona görə də bir çox mənzillərin terrasında Sizə özəl bağça yaratmağı qərara almışıq. Mənzilində təbiətin bir hissəsini görmək istəyənlər üçün dekorativ ağaclardan ibarət, təhlükəsizliyinizə qədər düşünülmüş 35 m2 bir yaşıllıq güşəsi yaratmışıq. Odur ki, bundan sonra eyvana deyil, kiçik həyətyanı sahənizə çıxaraq rahatlıqla müxtəlif təamlar bişirə və sevdiklərinizi qonaq edə bilərsiniz.
Burada hər kəsin öz yeri var. Günün hansı saatlarında gəlməyinizdən asılı olmayaraq avtomobilinizi rahat şəkildə park edərək evinizə qalxa biləcəksiniz. 200 avtomobil üçün nəzərdə tutulan parkinq yeri ilə həm Siz, həm də qonaqlarınız razı qalacaq. Kompleksin həyətində avtomobil saxlanılmamasına isə xüsusi diqqət yetiriləcək.
Biz zaman maşını ixtira etməsək də , bu yaşayış kompleksində mənzil sahibi olanlara “zamanda” səyahət etmək imkanı yarada bilərik. Artıq tikintisinə başlanılan “Zaman” adlı körpü vasitəsilə təhlükəsiz şəkildə yeni dənizkənarı bulvar tərəfə keçid edə biləcəklər.
Bu layihənin ərsəyə gəlməsində “qənaət” sözünü lüğətimizdən kənarlaşdırmışıq. Mənzilinizdə yer alacaq dəyərli əşyaların rahat daşınması üçün dünyanın ən təhlükəsiz lift markalarından biri olan KONİ liftlərini layihəyə cəlb etmişik.